Qar Moskvada həyatı iflic etdi - FOTOLAR

  • By admin
  • 05 Fevral 2018 11:44

Moskvaya son yüz ildə ən çox qar yağması nəticəsində, paytaxt həyatı iflic vəziyyətə düşüb. Rekord həddə qar yağması nəticəsində ölən və yaralananlar var.

Gununsesi.info RİA-Novosti-yə istinadən xəbər verir ki, bu barədə Moskva merinin müavini Pyotr Biryukov məlumat verib.

Onun sözlərinə görə, intensiv yağan qar şəhərin kommunal sferasına ciddi ziyan vurub, bir çox yerlərdə ağaclar sınıb, qarın hündür olmasından küçələrdə hərəkətin bərpa edilməsində ciddi problemlər yaranıb: “Bu da öz növbəsində, kommunal sahədə çalışanlar üçün ciddi çətinliklər yaradır”.

Moskvanın magistrallarında tıxaclar yaranıb. Aeroportlarda bir sıra reyslər təxirə salınıb.

O əlavə edib ki, rekord həddə qar və havanın şaxtalı olması səbəbindən yollar buz bağlayıb. Soyuqdan ölən və yaralananların olduğu bildirilir.

Küçələrin qardan təmizlənməsinə hərbçilər də cəlb edilib.

Gununsesi.info