Gununsesi.info xəbər veir ki, bunu xəstəxananın baş həkimi Mübariz Ağayev aznews.az-a açıqlamasında Elcanın səhhətinin normal olduğunu bildirib: “Elcan 1 yaşında deyil, 8 aylıqdır. O, dünən xəstəxanada bütün tibbi müayinələrdən keçirilib. Onda hər hansı ciddi patalogiya aşkarlanmayıb. Hazırda nəzarətdədir, heç bir həyatı təhlükəsi yoxdur. Gecəni də çox sakit keçirib.”

Mübariz Ağayev qeyd edib ki, Elcanın valideynləri onu xəstəxanadan aparmaq istəyirdilər:

“Amma həkim olaraq biz buna icazə vermədik.”

Lerik rayonun Orand kəndində qar uçqunu olub. Hadisə nəticəsində bir ailənin 4 üzvü qar uçqunu altında qalaraq dünyasını dəyişib, 8 aylıq uşaq isə sağ çıxarılıb.

Gununsesi.info