Bu gün yanvarın 19-da “qara bazar”da dolların məzənnəsi artıb.
Gununsesi.info fins.az-a istinadən məlumat verir ki, fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərin verdiyi məlumatlara əsasən, səhər saatlarında dollar alışı 1.8500 manat, satışı isə 1.8700 manat olub.
Qeyd edək ki, yanvar ayının 18-də keçirilən valyuta hərracından sonra dolların bahalaşması “qara bazar”da ABŞ valyutasının yenidən qalxmasına səbəb oldu.
Gununsesi.info