Qara nöqtələri yox edən 3 effektiv vasitə - FOTOLAR

  • By admin
  • 21 İyul 2017 12:43

siyah-noktaları-temizleme

Qara nöqtələr üz dərisinin qüsursuz gözəlliyinə kölgə salır. Daha çox yağlı dərilərdə rast gəlinən bu problemdən hazırda bir çox qadın əziyyət çəkir.

Lakin hər şeyin çarəsi olduğu kimi qara nöqtələrdən də yaxa qurtarmağın təbii və effektiv üsulları var.

Gununsesi.info bu problemi yox edən vasitələri təqdim edir.

Buxar vannası

buhar-banyosu

Buxar vannası qapanmış məsamələri açaraq qara nöqtələrin asanlıqla təmizlənməsini təmin edir. Dərin bir qaba 1 litr qaynar su və 2 xörək qaşığı alma sirkəsi tökün. Daha sonra isə üzünüzdəki qara nöqtələli hissəni həmin qaba yaxınlaşdıraraq buxara tutun. 10 dəqiqə ərzində məsamələr açılacaq.

 

Darçın maskası

i

Bir çox təbii üz maskalarında istifadə olunan darçın qara nöqtələrə qarşı mübarizə üçün də sınanmış vasitədir. Yarım qaşıq darçını 1 xörək qaşığı bal ilə qarışdıraraq üzünüzə çəkin və barmaqlarınızın ucu ilə üzünüzü 5 dəqiqə masaj edərək ilıq su ilə yuyun.

 

Yumurta ağı

timthumb

Yumurta ağı həm məsamələrin kiçilməsinə, həm də qara nöqtələrin təmizlənməsinə kömək edir. Yumurtanın ağını sarısından ayıraraq köpüklənənə qədər çalın. Məhlulu fırça ilə üzünüzə çəkdikdən sonra üstündən salfet yapışdırın. Maska quruduqdan sonra onu üzünüzdən yavaşca soyaraq ilıq su ilə yuyun.

Gununsesi.info