Qarabağ əlilləri yeni mənzillərlə təmin ediliblər

  • By admin
  • 18 İyul 2016 15:17

evimiz

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xaçmaz rayonunda Qarabağ müharibəsi əlillərini yeni fərdi yaşayış evləri ilə təmin edib.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə müharibə əlilləri və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətlərindən olduğu vurğulanıb, bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs olunub. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının həmin şəxslərin yeni mənzillərlə təminatında növbəti mühüm addımların atılmasına şərait yaratdığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın icrası işlərinin cari ildə də uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı üçün ölkəmizin bölgələrində fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, şəhər yerlərində hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir olunması işləri davam etdirilir.

Tədbirdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara, eləcə də bu döyüşlərdə şəhid olmuş insanların ailələrinə dövlət qayğısının mütəmadi olaraq artırılmasının ümumən respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığı vurğulanıb. Müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi istiqamətində görülən işlərdən də söz açılıb, onlara yönələn sosial ödənişlərin mütəmadi olaraq artırıldığı, bu təbəqələrdən olanların qanunvericiliklə bir sıra imtiyazlara malik olduqları diqqətə çatdırılıb. Əlilliyi olan insanların, o cümlədən müharibə əlillərinin tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində də mühüm işlərin aparıldığı qeyd olunub.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların həyat şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edilmələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra tədbir iştirakçıları evlərə baxış keçiriblər.

 

evimiz 2

Gununsesi.info