Qarabağ 210 ildir Rusiyanın işğalı altındadır - RAMİL MƏMMƏDLİ

  • By admin
  • 18 Yanvar 2017 12:16

ramil

“210 il bundan əvvəl  Qacar (türk) dövlətinə üz çevirərək, Rusiya ilə diplomatik əlaqələr quran Qarabağ xanlığı elə həmin imperiya tərəfindən də qısa müddətdən sonra işğal edilib. 210 ildir ki, Qarabağ Rusiyanın bu və ya digər formatda işğalı altındadır”.

Bu haqda Gununsesi.info-ya hərbi-ekspert Ramil Məmmədli Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinə yönəlik səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.

O qeyd edib ki, 210 il bundan əvvəl başlayan bu işğal indidə də davam edir: “Ermənilər isə görüntüdür. Dostunu düşmənindən ayıra bilməyən millətin taleyi belə olur. O ki qaldı Rusiyanın xarici işlər naziri Lavrova, qeyd edim ki, yanvarın 17-də keçirdiyi mətbuat konfransında Qarabağ münaqişəsi ilə bağlı  onun dedikləri Azərbaycan xalqının “buzunu açmaq” üçün idi. Babalarımızın səhvlərinin “meyvəsini” yeyirik. Bizim bir yolumuz qalıb. İtirdiyimizi geri almaq üçün savaşmaq…Tanrı Azərbaycanı qorusun!”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info