“Qarabağ” baxışa yeni futbolçu çağırdı

  • By admin
  • 08 Yanvar 2017 15:44

q

 

Antalyada hazırlığı davam etdirən “Qarabağ” baxışa yeni futbolçu çağırıb.

Qol.az-ın xəbərinə görə, Rusiyanın “Amkar” klubunun əvəzedici heyətinin 20 yaşlı mərkəz müdafiəçisi Rinat Hüseynov baş məşqçi Qurban Qurbanovun etimadını doğrultsa, onunla müqavilə imzalanacaq. Futbolçu Ağdam klubunun düşərgəsinə sabah qoşulacaq.

Qeyd edək ki, R.Hüseynov bu mövsüm Perm klubunun gənclər komandasının heyətində 16 oyunda meydana çıxıb və 2 qol vurub.

Gununsesi.info