Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında işgüzar görüş - FOTOLAR

  • By admin
  • 30 Yanvar 2023 20:01

Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında işgüzar görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, eləcə də Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə fəaliyyət göstərən vəkil bürolarının rəhbərləri iştirak ediblər.

Qeyd olunmalıdır ki, görüşdə iştirak edən qurumlar tərəfindən Fonda ümumilikdə 100 min 800 manat ianə edilib.

Hesab edirəm ki, QDF yarandığı gündən etibarən minlərlə həmvətənimizin Qarabağın dirçəlişinə dəstək olmaq məqsədilə Fonda ianə etməsi həmrəyliyimizin bariz nümunəsidir.

Tədbirin əvvəlində hörmətli Anar müəllimlə giriş nitqləri ilə çıxış etdik, daha sonra mən Fondun fəaliyyəti haqqında məlumatı görüş iştirakçılarına təqdim etdim.

Təqdimatlardan sonra görüş müzakirələrlə davam edib.

Görüşün sonunda QDF tərəfindən Fonda ianə edən 37 quruma “İanə sertifikat”ı təqdim olunub.

Tədbirin iştirakçılarına bizi dəstəklədikləri üçün təşəkkür edirəm!

Daha ətraflı:

https://qdf.gov.az/xeberler/252-Qarabag-Dirchelish-Fonduna-iane-eden-Vekiller-Kollegiyasinin-uzvlerine-iane-sertifikatlari-teqdim-edilib.html

Gununsesi.info