“Qarabağ” Gürcüstan klubu ilə qarşılaşacaq

  • By admin
  • 19 İyun 2017 14:48

20

İyunun 19-da İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2017/2018-ci il mövsümünün püşkatma mərasimi keçirilib.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq Azərbaycan çempionu “Qarabağ” Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları iyulun 11/12-də, cavab qarşılaşmaları isə iyulun 18/19-da keçiriləcək.

Anar

Gununsesi.info