Qarabağ məhbusu bəraət alıb - ÖZƏL

  • By admin
  • 31 Oktyabr 2022 10:07

General Polad Həşimovun ölümündən sonra Milli Məclisin qarşısında keçirilən “Qarabağa azadlıq” aksiyasında həbs olunaraq şərti cəza alan müxalif fəal Telman Seyfullayev bəraət alıb.

Bu barədə Gununsesi.info-ya onun vəkili Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, bəraət hökmünü Ali Məhkəmə çıxarıb: “Birinci instansiya məhkəməsi Telman bəyə 3 il 7ay cəza təyin etmişdi. Bunun 2 il 3 ay sınaq müdəti ilə təyin olunmuşdu.   Biz nəhayət ki,  sonuncu instansiya məhkəməsində onun günahsız olduğuna nail ola bildik”. 

 

Günay

Gununsesi.info