“Qarabağ muğam məktəbi heç vaxt mövcud olmayıb” - XALQ ARTİSTİNDƏN SENSASSİON AÇIQLAMA

  • Müəllif: admin
  • 25 Aprel 2018 23:10
Qarabağ muğam məktəbi yoxdur və bu fikrin özü yanlışdır”.

Bu sensassion açıqlamanı “Ölkə.Az”a müsahibəsində xalq artisti Ağadadaş Ağayev səsləndirib. Müğənni bildirib ki, nəinki Qarabağ, Bakı, Şirvan məktəbləri ifadəsi də yanlışdır:

“Bu ifadənin özündə yanlışlıq var. Muğamda Qarabağ yolu var, ancaq Qarabağ məktəbi yoxdur və olmayıb”.

Xalq artisti bildirib ki, muğam məktəbi Azərbaycanın tarixi paytaxtı olan Təbrizdə mövcuddur:

“Əsas məktəb Təbrizdədir. Əgər kim dediyimə şübhə edirsə, buyurub araşdıra bilər”.

Qeyd edək ki, Ağadadaş Ağayevin bu və digər məsələlərlə bağlı geniş müsahibəsi sabah saytımızda dərc ediləcək.

Gununsesi.info