
“Prezident seçilsəm, Dağlıq Qarabağ münaqişəsinin tam həlli üçün maksimum səy göstərəcəyəm”.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Fransa prezidentliyinə ən şanslı namizəd Emmanuel Makron “news.am”saytına deyib.
“Mən problemin həlli üçün maksimum səy göstərəcəyəm, amma siz bilirsiniz ki, bu məsələni təkbaşına həll etmək mümkün deyil”– deyə, E. Makron açıqlamasında söyləyib.
Qeyd edək ki, E. Makron aprelin 23-də keçirilən prezident seçkilərinin ilk turunda ən çox səs toplayan namizəd olub.
İkinci tur mayın 7-də keçiriləcək.
Gununsesi.info











