“Qarabağ” – “Qəbələ” matçının hakimləri bilindi

  • By admin
  • 15 Oktyabr 2020 21:51

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun iki oyununun təyinatları müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, “Qarabağ” – “Qəbələ” matçı Rəşad Əhmədova, “Səbail” – “Keşlə” görüşü isə Səbuhi Bayramova tapşırılıb.

Qeyd edək ki, bu turun “Neftçi” – “Sabah” və “Sumqayıt” – “Zirə” matçları oktyabrın 18-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

VI tur

17 oktyabr

“Səbail” – “Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Bakı. “ASCO Arena”, 14:00.

“Qarabağ” – “Qəbələ”

Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Bakı. “Azersun Arena”, 16:00.

Gununsesi.info