“Qarabağ” – “Roma” oyununa 3 min polis cəlb olunub - SƏHLAB BAĞIROV

  • By admin
  • 27 Sentyabr 2017 11:50

sehlab

Bu gün Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın “Roma” klubu ilə qarşılacaq “Qarabağ”ın oyunu üçün Bakı şəhərində təhlükəsizlik tədbirləri yüksək həddə çatdırılıb.

Gununsesi.info-nun verdiyi xəbərə görə, bu məqsədlə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda qərargah yaradılıb. Oyunun təhlükəsizliyinə polis və daxili qoşun qüvvələri də daxil olmaqla 3000-dən artıq heyət cəlb olunub.

Qərargaha Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov rəhbərlik edir.

Gununsesi.info