Qarabağ silahsızlaşdırılmalı, oradakı separatçı rejim qovulmalıdır - TƏHLİL

  • By admin
  • 12 May 2023 14:35
Ermənistan sülhdən qaçır, daha əlverişli geosiyasi vəziyyət yaranacağına ümid edərək danışıqları uzadır. Bu, Azərbaycan üçün böyük problem deyil, hazırda işğalda olan 8 kəndin qaytarılması məsələsində israrçı mövqedə dayanıb güc tətbiq edəcəyi barədə xəbərdarlıq etməlidir. Bizim Ermənistanın işğalında qalan başqa ərazilərimiz yoxdur. Əslində sülh Paşinyan hökumətinə lazımdır ki, Türkiyə və Azərbaycanla normallaşma prosesinə start verilsin, kommunikasiyalar açılsın və ölkə dalandan çıxsın.
Azərbaycan üçün prioritet məsələ Qarabağa tam nəzarətin təmin edilməsi, suverenliyin bərqərar olunmasıdır. Burada başlıca əngəl Rusiyadır, əlbəttə Ermənistan və Qərbin də neqativ rolu Azərbaycana təsir edir, amma proseslərin gedişi göstərir ki, Azərbaycan sahədə addımlar atdıqca, ona qarşı hər-hansı ciddi maneə yoxdur.
Laçın yolunun girişində – dövlət sərhədinə nəzarətin təmin olunması Qarabağda suverenliyin təmin olunması istiqamətində ciddi addımdır.
Azərbaycan bütün diplomatik, siyasi imkanlarını, yeri gəldikdə hərbi gücünü bu istiqamətdə cəmləşdirməlidir.
Rusiyanın bölgədə hərbi-siyasi gücü neytrallaşdırılmalı, Qarabağ silahsızlaşdırılmalı, oradakı separatçı rejim qovulmalıdır.
Növbəti əsas addım Rusiya “sülhməramlılarının” bölgədən çıxarılması məsələsinin masaya qoyulmasıdır. Artıq vaxtdır!…
Elçin Rüstəmli
Gununsesi.info