Qarabağa qaytarılan ermənilərin SAYI AÇIQLANDI

  • By admin
  • 20 Dekabr 2020 22:28

Dağlıq Qarabağda dekabrın 20-ə olan statistika açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, gün ərzində atəşkəs pozuntuları qeydə alınmayıb. Qaynar xəttə 521 zəng daxil olub.

Bu gün Ermənistandan Dağlıq Qarabağa 306, ümumilikdə 42.051 nəfər qaytarılıb.

Rus həkimlər 85-i uşaq olmaqla, 759 nəfər erməniyə tibbi yardım göstəriblər.

Gununsesi.info