Qarabağda ən çox bu silahlardan tapılır - RƏSMİ

  • By admin
  • 15 Dekabr 2020 10:42

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları 156 hektardan çox ərazini təmizləyib və təxminən 5000 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Ümumilikdə, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 156 hektardan çox ərazini, 40 kilometrə yaxın yolu, 375 yaşayış binasını və sosial obyekti təmizləyib, 5000-ə yaxın partlayıcı maddə aşkar edərək zərərsizləşdirib”, – açıqlamada bildirilib.

Qeyd olunub ki, son sutka ərzində sülhməramlılar 1,5 kilometr yolu təmizləyib, 189 partlayıcı maddəni məhv etmək üçün poliqona aparıb.

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçularının Dağlıq Qarabağda minaların təmizlənməsi zamanı qarşılaşdığı partlayıcı maddələrin əksəriyyəti top mərmiləri, minaatan və əl bombasıdır.

Gununsesi.info