Qarabağda 3 erməni hərbçi öldü, 1-i yaralandı

  • By admin
  • 22 Noyabr 2017 10:12

Dağlıq Qarabağda Ermənistan ordusunun 4 əsgəri minaya düşüb.

Gununsesi.info “news.am”a istinadən xəbər verir ki, hadisə zamanı hərbçilər Qeqam Zakaryan, Sarkis Abramyan, Sarkis Melikyan ölüb.

Digər hərbi qulluqçu Narek Hovayan isə ölümcül yaralanıb, onun vəziyyətinin çox ağır olduğu bildirilir.

Hadisə noyabrın 21-də yerli vaxtla 18:35-də cəbhənin şimal-şərq istiqamətində qeydə alınıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info