Qarabağda erməni tankları PARTLADI

  • By admin
  • 22 İyul 2016 11:03

tank

 

Düşmən cəbhədə ağır itki verib. Belə ki, Azərbaycanın işğal olunmuş ərazisində hərbi təlimlər keçirən separatçı rejimin iki tankı minaya düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə erməni mediası xəbər yayıb. “T-72” tankları “hərbi texnikanın idarə olunmasına dair təlimlərə” gedərkən partlayıb. Nəticədə tanklardan birinin ekipaj üzvləri hadisə yerində ölüb, digər tankın ekipaj üzvləri isə ağır yaralanıb.

Gununsesi.info