Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə hərbi mütəxəssislər məşğul olur – Mariya Zaxarova

  • By admin
  • 27 Noyabr 2020 15:20

Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə müvafiq hərbi mütəxəssislər məşğul olur.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, bu məsələ ilə bağlı hər iki münaqişə tərəfi ilə iş aparılır:

“Bu iş hər addımın ictimai şərh olunmasını nəzərdə tutmur. Hazırda bu barədə məlumatı olan ekspertlərlə iş gedir. Bu məsələ hərbçilərimizin daimi nəzarətindədir”.

Gununsesi.org