“Qarabağ”ın potensial rəqibləri bəlli oldu

  • By admin
  • 06 Avqust 2019 11:59

 

Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Mərasim İsveçrənin Nyon şəhərində keçirilib. Tədbirdə III təsnifat mərhələsinin 10 cütü və yarışa pley-offdan başlayacaq 2 klub iştirak edib.

Beləliklə, futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Püşkə əsasən, Ağdam təmsilçisi III təsnifatda Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, PAOK (Yunanıstan)-“Ayaks” (Hollandiya)cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ” pley-offa yüksələrsə, ilk oyunu evdə keçirəcək. Pley-off mərhələsinin matçları avqustun 20-21-də və 27-28-də baş tutmalıdır.

“Qarabağ” II təsnifat mərhələsində İrlandiya çempionu “Dandolk”u, I mərhələdə isə Albaniyanın “Partizani” klubunu mübarizədən kənarlaşdırıb. APOEL klubu ilə ilk qarşılaşma avqustun 6-da səfərdə, cavab matçı isə bir həftə sonra Azərbaycanda keçirilməlidir.

Gununsesi.org