“Qarabağ”ın yeni transferi: “Hansı komandaya gəldiyimin fərqindəyəm”

  • By admin
  • 19 İyul 2020 16:11

“Yeni klubuma gəldiyim üçün çox xoşbəxtəm”.

Gununsesi.org-un məlumatına görə, bunu “Qarabağ”ın yeni transferi Kevin Medina deyib.

Klubun mətbuat xidmətinə fikirlərini bildirən kolumbiyalı mərkəzi müdafiəçisi təəssüratlarını bölüşüb. 27 yaşlı futbolçu keçidin reallaşmasına sevindiyini söyləyib: “Təbii ki, “Qarabağ” barədə nə eşitmişdimsə, hamısı müsbət idi. Buna görə də, səbirsizliklə yeni komandama qoşulmağı gözləyirdim. Nəhayət, buradayam, sevincliyəm. Ümumi götürsək, çox xoşbəxtəm və klub barədə ancaq müsbət şeylər eşitmişdim. Əlimdən gələni edəcəyəm ki, öz oyunumla azarkeşlərin sevimli futbolçularından biri olum. Bilirəm ki, “Qarabağ” ardıcıl 7 dəfə çempion olub və hansı komandaya gəldiyimin fərqindəyəm. Çalışacağam ki, komandanın uğurlarına kömək edim”.

Qeyd edək ki, Portuqaliyanın “Çaves” klubundan transfer edilən Kevin Medina “Qarabağ”la 3 illik müqavilə imzalayıb. Kolumbiyalı bu mövsüm 16 matçda meydana çıxıb.

 

 

Gununsesi.org