Qarabağla bağlı BMT-də görüş gözlənilir

  • By admin
  • 15 Sentyabr 2016 21:53

bmt

BŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib.

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, ABŞ ATƏT Minsk Qrupunun həmsədrləri, həmçinin Azərbaycan və Ermənistan hökumətləri ilə münaqişənin həlli istiqamətində çalışır: “Ötən həftə həmsədrlər Rusiyanın xarici işlər naziri ilə görüşüblər. Həmçinin BMT Baş Assambleyası çərçivəsində görüş gözlənilir.   ABŞ bu münaqişənin həllini vacib hesab edir. Biz hesab edirik ki, regionda sabitlik, sülh və rifahın təmin olunması üçün münaqişə tərəfləri bir araya gəlməli və bu istiqamətdə çalışmalıdır. Biz Azərbaycan hökuməti ilə bunun həlli istiqamətində çalışırıq”.

 

Gununsesi.info