“Qarabağ”la oyundan əvvəl APOEL-in baş məşqçisi ilə futbolçusu arasında insident olub

  • By admin
  • 25 Oktyabr 2019 11:32

“Qarabağ”la Bakıda keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçından əvvəl Kipr APOEL-inin düşərgəsində münaqişə yaşanıb.

Gununsesi.org xəbər verir ki, qonaqların futbolçusu Musa Əl-Tamari oyunöncəsi məşqdə start heyətində yer almayacağını biləndən sonra baş məşqçi Tomas Dolla sərt etiraz edib.

Ertəsi gün isə 22 yaşlı iordaniyalı hücumçu komandanın səhər toplantısına qatılmayıb. Bundan hiddətlənən Doll Tamarini heyətdən kənarlaşdırıb.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılmış qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, A qrupunda 3 turdan sonra İspaniya “Sevilya”sı 9 xalla liderdir. “Qarabağ” 4 xalla 2-ci, Lüksemburq “Düdelanj”ı 3 xalla 3-cü sıradadır. APOEL isə 1 xalla sonuncudur.

 

Gununsesi.org