Qaraçuxurda avtomobil yolunun kənarında uçqun olub

  • By admin
  • 01 Noyabr 2016 14:32

qaracuxur

Qaraçuxur qəsəbəsində avtomobil yolunun kənarında uçqun olub.

Gununsesi.info-nun məlumatına görə, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib.

O bildirib ki, uçqun Əhmədli-Günəşli arası sürüşmə sahəsində, dik yamacda baş verib.

Dəstə rəisinin sözlərinə görə, uçqunun baş verməsinə səbəb atmosfer yağıntıları olub.

R. Həsənov qeyd edib ki, hazırda Zığ sürüşmə sahəsində aktivlik müşahidə olunur, çatlarda genişlənmələr var.

Gununsesi.info