
“2 nəfər şəhid olub, daha 2 nəfər yaralanıb”
Türkiyənin Mardin vilayətinin Midyat rayonunda baş vermiş növbəti terror aktında ölən və yaralananlar olub. Gununsesi.info-nun məlumatına görə, polis bölməsinə hücum nəticəsində 3 nəfər şəhid olub , daha 2 nəfər yaralanıb.
Midyat polis bölməsinə terrorçular tərəfindən bombalı avtomobillə hücum olub.
Əldə edilən məlumata görə, Dargeçit Anıtlı Jandarma Karakuluna PKK-çılar tərəfindən bombalı avtomobillə hücum təşkil edilib. Bölgədə təhlükəsizlik qüvvələri tərəfindən əməliyyat başlanıb.