Qardaşı arvadını qətlə yetirən şəxs tutuldu

  • Müəllif: admin
  • 03 Yanvar 2019 11:43
Yanvarın 2-də Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Elçin Məmmədovun evinə gəlmiş qardaşı Rafiq münaqişə zəminində onun arvadı Əqidə Məmmədovanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib.
Gununsesi.org DİN-in saytına istinadən xəbər verir ki, Ə.Məmmədova aldığı xəsarətdən hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb.

Gununsesi.org