Qasırğa 22 nəfərin həyatına son qoydu

  • Müəllif: admin
  • 04 Mart 2019 09:57

 

ABŞ-ın Alabama ştatında davam edən qasırğa nəticəsində 22 nəfər ölüb.

Gununsesi.org  “Associated Press” nəşrinə istinadən xəbər verir ki, həlak olanların sayının artacağı istisna edilmir.

Məlumata görə, xilasedicilər qaranlıq və təhlükəli hava şəraiti səbəbindən axtarış-xilasetmə əməliyyatlarını dayandırmalı olublar.

 Qasırğaya görə 10 mindən çox insan işıqsız qalıb.