Qatar qəzası nəticəsində ölənlərin sayı 41 nəfərə yüksəldi - FOTO

  • Müəllif: admin
  • 23 Yanvar 2017 13:33

hind-hind

Hindistanın şərqində Caqdalpur şəhərindən Bhubaneşvara gedən qatarın Orissa və Andhra-Pradeş ştatlarının sərhədində relsdən çıxması nəticəsində həlak olanların sayı 41 nəfərə yüksəlib, 68 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Gununsesi.info xarici KİV-lərə istinadla xəbər verir ki, Hindistan Milli Təhqiqatlar Agentliyinin əməkdaşları sabotaj versiyasını yoxlamaq uçun hadisə yerinə gəliblər.

Hazırda müstəntiqlər ötən ilin noyabr ayında Uttar-Pradeş ştatında baş verən və 149 nəfərin ölümü ilə nəticələnən oxşar qəzanın yeni materiallarını təhqiq edirlər. Bu məsələ ilə əlaqədar saxlanılan şübhəli şəxslərdən biri dəmir yoluna partlayıcı yerləşdirdiyini etiraf edib. Onun sözlərinə görə, təxribatın arxasında Pakistan kəşfiyyatı ilə əlaqəli olan nepallı kurator dayanır.

Gununsesi.info