Qatarda cinsi əlaqəyə girdilər – Yanındakı telefonla videoya çəkərək sosial mediadan paylaşdı/ FOTOLAR

  • By admin
  • 02 Fevral 2023 18:47

İngiltərədə qatar sərnişinləri arasında qəribə olay yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yaşlı cütlük qatar yolçuluğu edərkən cinsi əlaqəyə girib.

Bu zaman nəqliyyat vasitəsinidə olan digər sərnişin onların “sevişməsini” çəkilişlə qeydə alıb. Londondan hərəkət edən yolçu qatarındakı digər sərnişinlərin baxışlarına fikir vermədən cinsi əlaqələrinə davam edən yaşlı cütlük əməlləri ilə sosial mediada gündəm olub.

Onların oturacaqların üzərindəki cinsi əlaqə prosesini qeydə alan adamın bu videonu sosial mediada paylaşmasından sonra görüntülər az zamanda 250.000-dən artıq izlənmə alıb. Video görüntünü izləyənlər gözlərinə inana bilməyib.

Görüntüləri çəkən sərnişin onları tanımadığını və vaqondakı 10 nəfərlik yolçu qrupunun bir üzvü olduğunu bildirib.

“Səsləri eşitdikdə ətrafa baxdım. Gözlərimə inanmadım. Sonra yaşlı cütlüyün videosunu çəkdim”, – deyə o vurğulayıb.

Arzu

Gununsesi.info