Qaxariya rəsmən Gürcüstanın Baş naziri oldu

  • By admin
  • 25 Dekabr 2020 10:34

Giorgi Qaxariya rəsmi şəkildə ikinci dəfə Gürcüstanın Baş naziri olub.

Gununsesi.org “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili müvafiq fərman imzalayıb.

Qeyd edək ki, Qaxariya 2019-cu ilin sentyabrından hökumət başçısı postunu tutur.

45 yaşlı Baş nazir Tbilisi və Moskvada təhsil alıb.

Giorgi Qaxariya bundan əvvəl Gürcüstanın daxili işlər və iqtisadiyyat naziri vəzifələrində çalışıb.

Gununsesi.org