Qaxda 51 yaşlı kişi evini təmir edərkən öldü

  • Müəllif: admin
  • 05 İyun 2017 10:06

tecili yardim

Qax rayonunda 51 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info “Report”a istinadən məlumat verir ki, rayonun Əmircan kənd sakini, 1966-cı il təvəllüdlü Malik Ramazan oğlu Ramazanov yeni tikilməkdə olan evinin çardağında təmir apararkən yıxılıb. Yaxınları onu dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanadan “Report”un yerli bürosuna verilən məlumata görə, M.Ramazanova qabırğaların çoxsaylı sınığı və travmatik şok diaqnozu qoyulub. Ağır yaralı xəstəxanaya gətirildikdən 2 saat sonra orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info