Qaxda at sahibini vurub

  • By admin
  • 17 Oktyabr 2016 10:43

at

Qaxda at sahibinə təpik vuraraq xəsarət yetirib. Başından xəsarət alan qadının vəziyyəti orta-ağırdır.

Gununsesi.info xəbər verir ki, hadisə Qax rayonunun Tanqıt kəndində baş verib.Tanqıt kəndində yaşayan, əslən Laçın rayonundan olan məcburi köçkün 35 yaşlı Tünzalə Hümbətova öz atı ağır xəsarət yetirib. 35 yaşlı qadın oğlu ilə birlikdə axşam saatlarında Tanqıt kənd ərazisindəki örüşdən ailəsinə məxsus atı evə aparan zaman at tez hərəkət etsin deyə atı arxadan çubuqla vurub. Bu zaman at sahibəsinin başına təpik vurub. Qadının həyat yoldaşının sözlərinə görə at təpik vuran kimi Tünzalə huşunu itirib və onu dərhal Qax rayon mərkəzi xəstəxanasına catdırıblar. Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Tünzalə Hümbətovaya lazımi tibbi yardım göstərilib. Həkimlərin sözlərinə görə atın xəsarət yetirdiyi 35 yaşlı qadının vəziyyəti orta-ağırdır.

Gununsesi.info