Qaxda bəzi yerlərdə qarın qalınlığı 90 sm-ə çatıb

  • Müəllif: admin
  • 28 Yanvar 2017 17:11

a9eb2367-2df8-44ed-b934-c68e2008392a

 

Dağ kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti tam təmin olunub

Qax rayonunda dağ kəndlərinə gedən yollar qardan təmizlənir.

“Report”un verdiyi məlumata görə, dünən səhər saatlarından etibarən Qax-İlisu-Sarıbaş, Qax-Şəki, Qax-Qaşqaçay-Armudlu, Qax-Ləkit-Kötüklü, Qax-Qorağan-Zaqatala yollarında hərəkət məhdudlaşıb. İntensiv yağan qar nəticəsində Qax-İlisu-Sarıbaş yolunun bəzi yerlərində qar uçqunu baş verib. Gecə saatlarından “Azəravtoyol” ASC tərəfindən həmin ərazilərə texnikalar cəlb olunub. Hazırda həmin yollarda avtomobillərin hərəkəti tam təmin olunub.

Qaxın İlisu kəndində qarın qalınlığı 50-60, Sarıbaş kəndində isə 80-90 santimetrdir.

61c22c3d-8b5c-4e4e-b7a8-042f714f50b0

b01f3c7f-c765-41b2-8b3b-dc8d03d549e1

Gununsesi.info