Qayıq suya qərq oldu - 40 MƏKTƏBLİ DƏNİZƏ DÜŞDÜ

  • Müəllif: admin
  • 13 Yanvar 2018 16:22

Hindistanın qərbində Maxaraştra ştatının Daxanu şəhəri sahillərində qayıq aşıb.

Gununsesi.info xəbər verir ki, qəza nəticəsində azı 4 uşağın öldüyü barədə xəbər verilib.

Məlumata görə, insident vaxtı qayıqda 40 uşaq olub, 25 nəfəri xilas etmək mümkün olub.

Digər uşaqların taleyi məlum deyil. İtkin düşənlərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Gununsesi.info