Qayıqdan suya düşən şəxs son anda xilas edildi

  • By admin
  • 09 Oktyabr 2016 11:52

qayiq

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin qayıqdan suya düşməsi barədə məlumat daxil olub.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşı sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 10:45-də başa çatıb.

Gununsesi.info