Qaynata gəlininin üzünə “kislota” tökdü

  • By admin
  • 26 Aprel 2022 17:46

`Azərbaycanda qayınata gəlininin üzünə “yandırıcı məhlul” tökərək ona ağır xəsarətlər yetirib.

Gununsesi.info  xəbər verir ki, hadisə barədə ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişində məlumat verilib. Qeyd edilib ki, bir neçə ay əvvəl Telnaz adlı qadın üzünün, qollarının, bədəninin böyük hissəsinin kimyəvi məhlul tökülməsi səbəbindən ağır vəziyyətə düşüb.

Qızın atası Məhəmməd adlı şəxs övladının bir il yarım əvvəl ailə qurduğunu deyib: “Lakin sonradan qayınatası qızımı yola vermədi. Gəlib qızımdan pul istəyirdi, deyirmiş ki, oğlumun pullarını mənə ver. Bundan sonra da qızın üzünə “kislota” töküb yandırıb”.

O əlavə edib ki, hadisədən sonra kürəkəni qızı ilə maraqlanmayıb və başqası ilə ailə həyatı qurub.

Qeyd edək ki, Telnaz aldığı xəsarətlər səbəbindən hərəkət qabiliyyətini itirib və yeriyə bilmir.

Gununsesi.info