Qaz alanların sayı çoxalıb

  • By admin
  • 09 Sentyabr 2016 14:06

qaz

Avqust ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 15695 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3341-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 12354-ü isə regionların payına düşüb.

Gununsesi.info-nun SOCAR-a istinadən verdiyi xəbərə görə, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 945 123-ə çatıb.

Qeyd edək ki, sentyabrın1-ə olan məlumata görə, əhali sektoru üzrə 131 522 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunmuşdur. Bundan əlavə, 369 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Anar

Gununsesi.info