Qaz olmayacaq

  • Müəllif: admin
  • 08 İyun 2017 19:15

qaz1

 

Sabah Bakının Yasamal və Xətai rayonlarının qaz təchizatında məhdudiyyət olacaq.

Gununsesi.info-nun “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumatına görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, yeni çəlikmiş 500 mm-lik polietilen qaz xəttinin mövcud qaz xəttinə qoşulması və orta təzyiqli qaz xətti üzərində quraşdırılmış RDUK-200 tipli qaz tənzimləyici qurğunun yenisi ilə əvəzlənməsi  ilə əlaqədar iyunun 9-da saat 09:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq.

Görülən işlər zamanı Yasamal və Xətai rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

Gununsesi.info