Azərbaycanın şəhərlərində Qazaxstanın incəsənət xadimlərinin çıxşları olacaq.
Azərbaycanla Qazaxstan arasında diplomatik münasibətlərin yaranmasının 25 illik yubley münasibəti ilə Qazaxstan vilayətinin aktyor və musiqiçiləri Bakı və Şəki şəhərində çıxışları olacaq.
Bu barədə Gununsesi.info-ya Qazaxstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirlib ki, Qazaxstan prezidenti Nursultan Nazarbayevin ötən həftə Azərbaycana rəsmi səfərinin yekunu ilə bağlı iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində göstərişlər verilib. Bu istiqamətdən prioritet sahələrdən biri də mədəniyyət və humanitar sahədə əlaəqlərin inkişaf etdirilməsidir. Hansı ki, bizim xalqlarımızı bir birinə bağlayan tarixi köklərə və mədəniyyətə malikik.
Ölkə başçılarının tapşırığına və xalqlarımızın çoxsaylı müraciətlərinə əsaslanaraq Azərbaycan və Qazaxstanda hər iki xalqın Mədəniyyət günlərinin keçirilməsi qərara alınıb. Odur ki, iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 25 illik yubley mırasimləri çərçivəsində aprelin 12-dən 15-dək Azərbaycanda Qazaxstanın Mədəniyyət Günüləri keçirləcək. Bu məqsədlə Qazaxstanın Qızıl Ordavilayətinin mədəniyyət və incəsənət xadimləri böyük heyətlə Azərbaycana gələcək. Qızıl Ordanın aktyor və musiqiçiləri Bakı və Şəkidə öz repertuarlarını yerli tamaşaçılara təqdim edəcəklər.
Qazaxstanın Mədəniyyət Günləri çərçivəsində ilk dəfə olaraq qazax aktyorları böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovun komediyasını azərbaycanlı tamaşaçılara təqdim edəcəklər.
Mürtəza
Gununsesi.info












