Qazax sakini 4 gündür itkindir

  • By Günel
  • 24 Mart 2025 20:27

Qazaxda 31 yaşlı kişi 4 gündür itkin düşüb.

Gununsesi.info xəbər verir ki, Aşağı Salahlı kənd sakini Sadıqov Tamerlan Mustafa oğlu martın 20-də ata evindən dostları ilə görüşmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb.

Atasının dediyinə görə, Tamerlan Sumqayıtda yaşayırmış. Ata evinə gələndən sonra itkin düşüb.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

Gununsesi.info