Qazax sakini 7 yaşlı nəvəsini güllələyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info verilən məlumata görə, fevralın 6-da Qazax rayonunun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobildə özünə məxsus “TOZ-34” markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib. Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.
Qazax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-34” markalı tüfəng götürülüb.
Gununsesi.info