Qazaxda 3 nəfər bıçaqlandı - SON ÇƏRŞƏNBƏDƏ QANLI OLAY

  • By admin
  • 20 Mart 2019 10:28

Qazax rayonunda bir gecədə üç nəfər bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

“Gununsesi”nin verdiyi məlumata görə, rayonun Xanlıqlar kənd sakini, 1979-cu il təvəllüdlü Şərifov Rəşad Mədət oğlu, Orta Salahlı kənd sakini 1987-ci il təvəllüdlü Məmmədov Orxan Abdulla oğlu kürək nahiyələrinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alıblar. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Ağköynək kənd sakini, 1988-ci il təvəllüdlü Eyudov Teymur Naib oğlu isə səhər saat 5 radələrində qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan T. Eyubovun vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, hadisələr müxtəlif vaxtlarda ayrı-ayrı yerlərdə baş verib.

Qazax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.