Qazaxda 4 otaqlı ev yanıb kül oldu

  • By admin
  • 27 May 2018 21:38

Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 130 m2 olan birmərtəbəli 4 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları yanıb.

 Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bitişik tövlə və yardımçı tikili yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.