Qazaxda 7 yaşlı uşağı ilan sancıb

  • By admin
  • 21 Avqust 2017 13:07

ilan

Qazax rayon sakinini ilan sancıb. 

Gununsesi.info-nun məlumata görə, rayonun Daş Salahlı kənd sakini, 2010-cu il təvəllüdlü Məryəm Əfəndiyeva həyətdə gəzərkən ilan onun ayağından sancıb. Dərhal xəstəxanaya yerləşdirilən 7 yaşlı qıza ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Gununsesi.info