Qazaxda yük maşını aşıb

  • By admin
  • 23 Noyabr 2016 21:38

qeza-yol-2

 

Qazax rayonunda yük maşını aşıb.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonundan keçən hissəsində, “Su-15” dairəsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, qum daşıyan “MAN” markalı yük maşın Gürcüstan istiqamətində hərəkətdə olarkən yol kənarındakı maneəyə çırpılaraq aşıb. Yük yola və yaxınlıqdakı avtomobillərin üzərinə tökülərək maşınlara ziyan vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan yük maşının sürücüsü Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Hadisənin baş verdiyi ərazidə yol 1 saat bağlanıb..

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info