Qazaxıstan 2023-cü ildə KIA avtomobillərini Rusiya vətəndaşlarına satmaqdan imtina edib

Artıq Kia avtomobillərinin istehsal olunmadığı Rusiyanın əvəzinə Hyundai-Kia konserni diqqətini Qazaxıstana yönəldib. Bir neçə gün əvvəl yerli Allur zavodunda bu maşınların kiçik düyünlü yığılmasına başlanılıb – yalnız indi onlar ruslara satılmayacaq. Həm də qeyri-rəsmi olaraq Qazaxıstan sakinləri üçün “kvotalar” təyin olunur – adambaşına ildə bir avtomobildən çox olmamalıdır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu haqda məlumatı Almatı sakini Mixail Nikolayev bildirib.

Qazaxıstan artıq Rusiyanın “paralel idxalını” məhdudlaşdırmaq üçün öz mexanizmlərini yaradıb. Xüsusən də qazaxıstanlı dilerlərdən biri ilə əlaqə saxladıqda Alma-Ata sakini Mixail ondan vətəndaşlıq mənsubiyyətini dəqiqləşdirməyi xahiş etmələri ilə üzləşib və dərhal avtomobili Qazaxıstan vətəndaşı olmayanlara satmayacaqlarını bildirib.

Qazax dilerlərinin ruslara avtomobil satmaması faktı ötən ilin sonunda aşkarlanıb, lakin 1 vətəndaş üçün maksimum “ildə bir avtomobil” məhdudiyyəti yeni tətbiq edilib.

Tərcümə : Adil Elxanoglu