Qazaxıstan Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindən azad edildi

  • By admin
  • 08 Yanvar 2022 17:31

Qazaxıstan Təhlükəsizlik Şurasının katibinin müavini Azamat Abdımomunov vəzifəsindən azad edilib.

Gununsesi.info-nun Qazaxıstan Prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı Prezident Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

“Dövlət başçısının sərəncamı ilə Abdımomunov Azamat Kurmanbekoviç Qazaxıstan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindən azad edilib”, – sənədin mətnində deyilir.

Gununsesi.info