“Qazaxıstan və Ermənistan deputatlarının dostluğu mümükün deyil” - ADİL ƏLİYEV

  • By admin
  • 15 Oktyabr 2016 11:39

adil

“Ermənistanla Qazaxıstan parlamentləri və deputatları arasında hansısa isti münasibət və əlaqələr görməmişəm. İnanmıram ki, Qazaxıstan parlamenti ilə Ermənistan parlamenti, deputatları arasındakı münasibətlər bizimlə Qazaxıstan deputatları arasındakı münasibətlərdən yaxşı olsun. Bu mümkün deyil”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda  Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, millət vəkili  Adil Əliyev deyib.

Onun sözlərinə görə, hazırda  Qazaxıstanlı deputatlarla görüşlər planlaşdırılır: “Azərbaycanda sonuncu dəfə parlament seçkiləri  bir il bundan öncə baş tutub. Qazaxıstanda da 6 ay olar ki, parlament seçkiləri keçirilib. Qazaxıstan parlamenti ilə əlaqələrimiz çox yüksək səviyyədədir. Bundan sonra da davamlı şəkildə Qazaxıstan parlamenti ilə tədbirlərin həyata keçirilməsində yaxından iştirak edəcəyik. Qazaxıstanlı deputatlarla tədbirlərimiz də planlaşıdırlır”.

 

Millət vəkili qeyd edib ki, Qazaxıstan dövləti və parlamenti Azərbaycanın mövqeyini dəstəkləyən əsas türk ölkələrindəndir: “Bu gün Azərbaycanın haqq səsini və mövqeyizi dəstəkləyən, Dağlıq Qarabağ münaqişəsində yanımızda olan 3-4 türk dövləti varsa onlardan biri də Qazaxıstandır. MDB parlamentləri və digər beynəlxalq təşkilatlarn parlamentləri səviyyəsində Qazaxıstan hər zaman Azərbaycanın yanındadır və bizə dəstək olur”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info.