Qazaxıstanda ağır yol qəzası - 5 ÖLÜ

  • By admin
  • 15 Yanvar 2018 08:30

Qazaxıstanın qərbində Atırau-Həştərxan magistral yolunda iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 5 nəfər isə ağır xəsarətlər alıb.

Gununsesi.info xəbər verir ki, “Hyundai Accent” и “ВАЗ-21015” markalı avtomobillərin toqquşması nəticəsində “Jiquli”-nin 60 yaşlı sürücüsü və 4 sərnişini – 1977 və 1961-ci il təvəllüdlü 2 qadın, 1989 və 1958-ci il təvəllüdlü 2 kişi hadisə yerində ölüb.

“Accent Accent”-in sürücüsü və aralarında uşaqların da olduğu sərnişinləri xəstəxanaya çatdırılıblar.

Araşdırma aparılır.

Gununsesi.info